Əhli-Beyt (ə) davamçıları son nəfəslərində kimləri görərlər?

Əhli-Beyt (ə) davamçıları son nəfəslərində kimləri görərlər?

Nəql edilir ki, bir dəstə İmam Sadiqin (ə) xidmətində idilər. Söhbət Əhli-Beyt (ə) davamçılarından düşdü. İmam Sadiq (ə) buyurdu:“Bizim davamçılarımız ömürlərinin sonunda elə şeyləri görürlər ki, gözləri o şeyləri görməklə aydın olur və şad olurlar”.

 

Orada olanlardan biri soruşur: “Hansı şeyi görərlər?”,

Bu sualı bir neçə dəfə təkrar edir, ancaq İmam (ə) hər dəfəsində buyurur: “Görərlər”.

 

Nəhayət İmam (ə) həmin sual verən şəxsi yanına çağırır və buyurur: “Sanki nə gördüklərini bilmək üçün təkid edirsən?”.

O, dedi: “Bəli”. Sonra ağladı.

İmam (ə) onun halına diqqət etdi və buyurdu: “O, iki nəfəri görər”.

Həmin adam yenə soruşur: “Hansı iki nəfəri?”.

 

İmam (ə) buyurur: “Peyğəmbəri (s) və İmam Əlini (ə). Elə bir mömin yoxdur ki, məgər o halda ki, ömrünün son anında bu iki böyük insanı görər, ona müjdə verərlər. Bu mövzunu Allah Quranda bəyan etmişdir.

 

Orada olanlar soruşurlar: “Allah hansı surədə buyurmuşdur?”.

İmam (ə) buyurur: ““Yunus” surəsində”.

“O kəslər ki, iman gətirib həmişə (günahlardan) çəkinirdilər. Onlar üçün dünya həyatında və axirətdə müjdə vardır(dünyada peyğəmbərlərin dili və qeybdən edilən ilhamlarla, ölüm zamanı mələklərlə və axirətdə Allahın xitabı, mələklərlə görüş və həqiqətlərin aşkar olması ilə).

Allahın kəlamlarında (Onun vədlərində) heç bir dəyişkənlik yoxdur. Budur böyük uğur və qurtuluş!”. (63-64).

Onların müjdəsi ömürlərinin son anında Peyğəmbər (s) və İmam Əlinin (ə) hüzurudur ki, onları şad və sevincli edər”. (Həvzəh)

Allah Təala bizlərə bu görüşü nəsib etsin.

Bir cavab yazın