Ərbəin yürüşündə “Ali Səud rejiminin cinayətləri”nə dair sərgi – FOTO

Ərbəin yürüşündə “Ali Səud rejiminin cinayətləri”nə dair sərgi – FOTO
Nəcəf-Kərbəla yolunda Ərbəin yürüşü mərasimi münasibəti ilə  Yəmənli fəallar müdafiəsiz və məzlum Yəmən xalqına qarşı Al Səud rejiminin törətdiyi cinayətləri özündə əks etdirən foto sərgi təşkil edib.
imamhusein.com “İqna”-a istinadən xəbər verir ki,  noyabrın 4-də açılan foto sərgi bir həftə davam edəcək.  Sərgidə Yəmənin infrastrukturunun sistematik olaraq məhv edildiyinə dair fotoşəkillər və ABŞ-ın  siyasətlərini bölgədə icra edən Al Səud rejimi tərəfindən bu ölkənin mühasirəsini əks etdirən fotolar sərgilənir.
Yəmənli fəallar ayrıca Ərbəin ziyarətçilərini Ali Səud rejiminin bu ölkə xalqına tətbiq etdiyi zülm haqqında məlumatlandırmaq üçün CD və fotoşəkilləri və digər multimedia vasitələri  Ərbəin yürüş iştirakçıları arasında paylayır.
Səudiyyə rejiminin Yəmənə qarşı hərbi təcavüzü nəticəsində indiyədək 12 mindən çox yəmənli ölüb, on minlərlə əhali yaralanıb, milyonlarla insan didərgin düşüb və ölkənin infrastrukturu məhv olub.
Səudiyyə Ərəbistanının yoxsul Yəmənə qarşı hərbi təcavüzü Yəmənin ərzaq və dərman çatışmazlığı ilə üz-üzə qoyub və bu ölkədə yoluxucu xəstəliklərin geniş yayılması ilə nəticələnib.
BMT ərzaq və tibb tədarükündən əlavə Yəmənə heç bir ərzaq və tibbi malları buraxılmadığını da əlavə edib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yayımladığı sentyabr ayında yayımladığı hesabata əsasən,  ötən beş ay ərzində 2110 yəmənlinin vəba epidemiyası səbəbindən həlak olub və 725 min 400-dən artıq insan bu xəstəliyə yoluxub.

Bir cavab yazın