Ərdəbil Hüseynçilərinin Tasua mərasimi

Ərdəbil Hüseynçilərinin Tasua mərasimi
Hüseyn (ə) Tasuası günündə İranın Ərdəbil şəhərində Kərbəla ələmdarı aşiqlərinin həmişə toplaşdığı Alaqapı meydanında əzəmətli əzadarlıq mərasimi həmişəki kimi möhtəşəm keçirilib.

Hüseyn (ə) Tasuası günündə İranın Ərdəbil şəhərində Kərbəla ələmdarı aşiqlərinin həmişə toplaşdığı Alaqapı meydanında əzəmətli əzadarlıq mərasimi həmişəki kimi möhtəşəm keçirilib.

400 əzadarlıq heyəti, dəstəsi, ölkənin müxtəlif bölgələri, başqa ölkələr, o cümlədən Azərbaycan Respublikasından qonaqlar bu böyük toplantıda iştirak edib.

Əzəmətli mərasimlər şəhidlər sərvəri Həzrət Əba Əbdillahil-Hüseynin (ə) əzadarlığı günlərində təşkil olunub. Məhərrəm ayının 9-cu günü isə Kərbəla Səqqası adlandırılır. Bu mərasim Alaqapı meydanında Həzrət Əbülfəzl (ə) tarixi səqqaxanası və Şeyx Səfiyyədin Ərdəbili tarixi obyektinin kənarında təşkil olunub.

Bu əzəmətli mərasimdə Əhli-Beyt (ə) məddahları İmam Hüseyn (ə) və Əbülfəzlül-Abbasın (ə) əzasında növhələr oxuyurlar.

 

 

 

 

Bir cavab yazın