Əsgəreyn İmamlarının (ə) hərəmi Şəbaniyyə üçün 2000 gül-çiçəklə bəzədildi

Şəbaniyyə mövludları münasibətlə İraqın Samirra şəhərindəki Əsgəreyn İmamlarının (ə) mütəhhər hərəmində bayram hazırlıqlarına başlanılıb.

imamhusein.com askarain-ə istinadən xəbər verir ki, Əsgəreyn İmamlarının (ə) qızıl zərihi tər gül-çiçəklərdən ibarət çələnglərlə bəzədilib.

Bəzək işlərində 2000-dən çox gül və çiçəkdən istifadə olunub. Bunlar qızılı zərihin alt və üst zolağına yerləşdirilmişdir. Çələnglərin hazırlanmasında antorium, kamelya, qızılgül, klayol, Hollandiya laləsi, Kikas Revoluta (yalançı palma) kimi, xüsusi növlərlə yanaşı, bir çox bəzək bitkisi istifadə edilmişdir.

Xatırladaq ki, mövludlar ayı kimi adlandırılan şəban ayının 3-ü İmam Hüseynin (ə), 4-ü Həzrət Əbülfəzl Abbasın (ə), 5-i İmam Zeynul Abidinin (ə), 11-i Həzrət Əli Əkbərin (ə) və 15-i İmam Məhdi Sahibəz-Zamanın (ə.f) mübarək mövlud günləridir.

Əsgəreyn İmamlarının (ə) hərəmi Şəbaniyyə üçün 2000 gül-çiçəklə bəzədildi

Əsgəreyn İmamlarının (ə) hərəmi Şəbaniyyə üçün 2000 gül-çiçəklə bəzədildi

Əsgəreyn İmamlarının (ə) hərəmi Şəbaniyyə üçün 2000 gül-çiçəklə bəzədildi

Əsgəreyn İmamlarının (ə) hərəmi Şəbaniyyə üçün 2000 gül-çiçəklə bəzədildi

Əsgəreyn İmamlarının (ə) hərəmi Şəbaniyyə üçün 2000 gül-çiçəklə bəzədildi

Bir cavab yazın