Bu surəni yazıb, suyunu içənin ruzisi asanlaşar – “Yusif” surəsinin fəziləti

Yusif

“ Yusif ” surəsi Quranın 12-ci surəsidir, Məkkədə nazil olub və 111 ayəsi vardır.

Həzrət Peyğəmbər (s) bu surə barəsində buyurur: “”Yusif” surəsini əlinizin altında olanlara öyrədin. Çünki o müsəlman ki, bu surəni tilavət edər, ailəsinə və əlinin altında olanlara öyrədər – Allah ölümün çətinliklərini ondan götürər və ona elə qüvvə əta edər ki, başqalarına həsəd aparmaz”. (Beytutə saytı)

 

İmam Sadiq (ə) bu surə barəsində buyurur: “Hər kim bu surəni gündüzlər və ya gecələr tlavət edərsə, Allah Qiyamət günü onu o halda məbus edər ki, üzü Həzrət Yusif (ə) kimi gözəl olar. Qiyamət günü ona qorxu və taqətsizlik çatmaz. Allahın layiqli və yaxşı bəndələrindən olar”.

 

Həzrət Sadiq (ə) başqa yerdə buyurur: “Hər kim bu surəni qiraət edər, Qiyamət günü insanların taqətsizliyinə səbəb olan şeylərdən amanda olar. Allahın saleh bəndələrinin qonşusu olar”.

 

Yusif ” surəsinin bərəkəti: Əgər “Yusif” surəsini yazsanız və onu yuyub suyunu içsəniz, Allah ruzi əldə etməyin yolunu asan edər.

Bir cavab yazın