Dünya Həzrəti Zəhraya (s.ə.) matəm saxlayır – FOTO

Dünya Həzrəti Zəhraya (s.ə.) matəm saxlayır – FOTO
Bu gün İslam Peyğəmbərinin (s) qızı, İmam Əlinin (ə) həyat yoldaşı, İmam Həsən (ə) və İmam Hüseynin (ə) anası xanımlar xanımı Həzrət Fatimənin (s.ə) şəhadət günü münasibəti ilə ölkəmizdə, o cümlədən dünyanın müxtəlif yerlərində əzadarlıq məclislər təşkil olunub.
imammhusein.com xəbər verir ki, xanım Fatiməni (s.ə) yad etmək üçün demək olar ki, bütün məscidlərdə mərasimlər keçirilib, ruhanilər o Həzrət (s.ə) haqqında xütbələr söyləyib, mərsiyyələr, qəsidələr oxunub.
Müsəlman ölkələrində Pakistan, İran, İraq, Suriya və digər ölkələrdə mərasimlər kütləvi yürüşlərlə müşahidə olunub.
Avropa ölkələrində, xüsusilə Almaniyada əzadarlıq mərasimləri təşkil edilib. Türkiyədə İğdır, Qars və İstanbulda tə.kil olunan kütləvi mərasimlərdə Peyğəmbərimizin (s) əziz qızı yad edilib.
Daha çox izdiham İraqda yaşanıb. Belə ki, Əhli-Beyt (ə) aşiqləri dünyanın müxtəlif yerlərindən İmam Əliyə (ə) başsağlığı vermək üçün Nəcəfə, Kərbəlaya gedərək şəhidlər Ağası İmam Hüseynə (ə) anasının müsibəti münasibəti ilə başsağlığı veriblər. İraqın Samerra və Kazimeyn şəhərlərində imamların ziyarətgahlarında izdihamlı əzadarlıq məclisləri qurulub. Ümumilikdə 3 milyondan çox zəvvar müqəddəs hərəmləri ziyarət edib.
Qeyd edək ki, 95 günlük rəvayətlərə əsasən  Həzrət Zəhranın (s.ə) şəhadəti bu günə təsadüf edir.

Bir cavab yazın