Dünyada ilk salam verən kim olub?

Dünyada ilk salam verən kim olub?

Salam elə kəlmədir ki, məhz müsəlmanlar arasında istifadə olunur və vəhdətin nişanəsi hesab olunur.

 

Hədislərin birində oxuyuruq: “O zaman ki, Allah Təala mələklərə Adəmə (ə) səcdə etmək əmrini verdi, şeytan səcdə etməkdən boyun qaçırtdı.

Allah da şeytana əmr etdi ki, çıxıb getsin və buyurdu: “Qiyamət gününə qədər Mənim lənətim sənə olsun”.

Sonra Həzrət Adəmə (ə) xitab edərək, buyurur: “Onlara de: “Səlamun əleykum və rəhmətullah və bərəkətuh”.

Adəm (ə) onlara salam verdi və mələklər cavabında dedilər: “Allahın salamı və rəhməti sənin üçün də olsun”.

Sonra o zaman ki, Adəm (ə) Allaha tərəf qayıdır, Allah buyurur: “Bu, sənin və övladlarının bundan sonra salamıdır””. (Həvzəh)

 

İmam Sadiq (ə) buyurur: “Allaha və Peyğəmbərinə (s) ən yaxın insan o kəsdir ki, ilk olaraq salam verər”.

 

Salam – İslamın bayrağıdır. Ona görə də hər birimiz onu yüksək tutmalı və dostluq və məhəbbət nişanəsi olan bu kəlmənin cavabsız qalmasına imkan verməməliyik.

Bir cavab yazın