Gözəllik nədir?

Gözəllik nədir?

Bəzən gözəllik bizə o qədər təsir qoyur ki, bizi özümüzdən aparır.

Məgər gözəllik nədir ki, bizə bu qədər təsir edə bilir?

Şəhid Mütəhhəri buyurur: “Məgər gözəlliyə tərif vermək olurmu? Gözəlliyin cinsi nədəndir? Gözəllik üçün bir formul təyin etmək olurmu? Bu suallar elə suallardır ki, indiyə qədər heç kəs onlara dəqiq cavab verə bilməmişdir. Bəzilərinin düşüncəsinə görə, bu sualların cavabı yoxdur. Çünki gözəlliyə tərif vermək mümkün deyildir”.

Ümumilikdə, bəzi nəzər sahibləri gözəlliyə tərif verməyə çalışmışdılar. Belə ki, Dekart deyir: “Gözəllik odur ki, gözə xoşagələn dəysin”.

Aristotel deyir: “Gözəllik – nizam və əzəmətdədir”.

Kant deyir: “Gözəllik odur ki, ümumi məfhumların dəxaləti olmadan insanlar tərəfindən bəyənilsin”.

Platon deyir: “Gözəllik – hissələrin ümum ilə həmahəngliyindən ibarətdir”.

Filosofların nəzərinə görə gözəlliik – əslində ağlın gözəliyidir.

Əxlaqın nəzərinə görə bəzi sifətlər vardır ki, onları gözəllik məfhumu hesab etmək olar. Çünki hər kimdə bu sifətlər olarsa, insanlar onlara tərəf cəzb olunarlar. O cümlədən: səbir, mətanət, ədalət, şükür hissi, həmdərdlik…

Hər bir halda gözəllik elə məfhumdur ki, ona dəqiq tərif vermək olmur.

Çünki hər kəs gözəlliyi öz bucağından görür və özü gördüyü kimi tərif verməyə çalışır.

Müqəddəs hədislərimiz isə gözəlliyi Allaha nisbət veriblər və buyurublar ki, Allah gözəldir və gözəlliyi sevir. (Həvzəh)

Beləliklə, gözəllik – həqiqi və gerçək, qalıcı və davamiyyətli məfhumdur ki, duyğu və hiss, eləcə də təsəvvürlər vasitəsilə insanda pozitiv əhvalın, təəssüratın yaranmasına və durumunun müsbətə doğru dəyişməsinə rəvac verir.

Bir cavab yazın