Həqiqi müntəzirin 6 xüsusiyyəti – ımam zəman

ımam zəman

Bu günün cəmiyyəti Hüccətinin (ımam zəman) qeybinə düçar olmuşdur. Ona görə də bizlər müntəzirlər adlanırıq. Çünki hüccətin və xilasedicinin gələcəyinə ümid bəsləyən və intizarını çəkənlərik.

Bəs həqiqi müntəzir necə olmalıdır?

İlk növbədə müntəzirin ruhu güclü olmalıdır ki, həyatın bu müsibətlərinə sinə gərə bilsin və risalətin ağır yükünü çiyninə götürə bilsin. Qeyb zamanında insanlar ən ağır imtahanlar verirlər. Ona görə də müntəzir gərək özünü varlıq aləminin meyvəsi bilsin. O meyvə ki, insanı ali hümmətlərlə şəkildən-şəkilə salar, ədalətsizliyə, şirkə, küfrə dözə bilməz və cəmiyyətdə ali dəyərlərin axtarışında olar.

Müntəzir kimdir?

1. Müntəzir şəhadət və Allahla görüşün intizarındadır və behiştə müştaqdır. Çox fədakardır və insanlara etdiyi xidmətə görə təşəkkür və muzd gözləməz, əksinə özünü borclu hesab edər.

2. Müntəzir yaxşı əməllərini az və pis əməllərini çox bilər. Ona görə də yaxşı əməllərini çoxaltmağa çalışar və pis əməllərini azaltmağa cəhd edər.

3. Müntəzir gərək əməlini münasib zaman və məkanda yerinə yetirsin. Bu, düzdür ki, təvvabinlər qanlarını İmam Hüseyn (ə) yolunda tökmüşdülər. Ancaq əgər bu əməli Aşura günündə etsəydilər, bəlkə də əziz İmam (ə) sağ qalardı.

4. Müntəzir gərək ifrat və təfritdən çəkinsin.

5. Müntəzir gərək əməlinin cəhətini müəyyən etsin. O kəs ki, haqqa zidd tərəfdə hərəkət edər, həlak olar.

6. Müntəzir gərək əməl və ibadətləri ilə lovğalanmasın. Əməlin dəyəri – niyyətin xalisliyindədir. Yəni, müntəzir niyyətini hesaba çəkməlidir.

Həqiqi müntəzir o kəsdir ki, öz zəif və nöqsan tərəflərini görər və onları aradan qaldırmağa çalışar və ımam zəman ın (ə.f) xüsusi inayətini qazandıran əməlləri yerinə yetirməyə cəhd edər.

Bir cavab yazın