Həqiqi təvəkkülün gözəl nümunəsi

Həqiqi təvəkkülün gözəl nümunəsi

 

Hatəm Əsəm adlı bir şəxs günlərin birində qərara gəlir ki, Allah evinin ziyarətinə getsin. Onun həyat yoldaşı və uşaqları var idi.

Onların xərcini vermək yerinə, ziyarətə getməyi üstün bilir. Ancaq əslində ailəsinin rifahını təmin etdikdən sonra bu ziyarətə getməli idi.

 

Ona görə də vəzifəsini düzgün yerinə yetirməmiş oldu və ailəsi haqqında heç düşünmədi. Ancaq onun həyat yoldaşı imanlı və təqvalı olduğu üçün,  bu dövrü İlahi imtahan hesab etdi. Allaha təvəkkül edib, Onun kəndirindən yapışdı.

 

Qonşulardan bir neçəsi onun evinə gəldilər və hallarını bu cür görən zaman dedilər: “Ərin əgər ziyarətə gedibdirsə sizin üçün də bir şey alıb qoymalı idi. Bəs niyə belə etməmişdir?”.

Hatəmin xanımı buyurdu: “Məni Allahdan razı halda buraxıb getmişdir. Mənim ruzim də elə budur”.

 

Soruşurlar ki, məgər sənin ruzin nə qədərdir ki, ona razı olursan?

Dedi: “Ömrümdən nə qədər qalıbdırsa ruzim mənə çatacaqdır”.

 

Dedilər: “Allah səbəbsiz yerə göydən səbətlə ruzi endirmir”.

Qadın əsəbiləşib deyir: “Ey, düşüncələri yolunu azmışlar! Necə də çirkin və yersiz sözlər danışırsınız? Yer də, gör də – hamısı Onundur. Hər nə qədər istəsə, Onun qüdrəti çatar. O, özü verər, azaldar və çoxaldar.

Ona görə də Allah təvəkkül edib, Onu çoxlu yada salmaq lazımdır”. (Həvzəh)

Bir cavab yazın