HƏQİQİ XEYİR VƏ HƏQİQİ ŞƏR BEHİŞT VƏ CƏHƏNNƏMDƏDİR

HƏQİQİ XEYİR VƏ HƏQİQİ ŞƏR BEHİŞT VƏ CƏHƏNNƏMDƏDİR

İslam dininin əsaslarından biri axirət inancıdır. Peyğəmbər (s) təlimlərinin ruhunu təşkil edən bu inanc haqqında ayə və rəvayətlər olduqca çoxdur. Bir çox ayələrdə dünya ilə axirət həyatı müqayisə olunur.

Məada ‒ ölümdən sonra həyatın varlığına iki baxış mövcuddur: bəziləri iddia edirlər ki, ölüm sondur, ikinci baxış isə ölümdən sonra əbədi həyatın varlığına dəlillər gətirir.

Dini dünyagörüşün, yəni dindarlığın əsaslarından biri ölümdən sonrakı həyatın varlığına inanmaqdır. Dini fəlsəfə insanı inandırır ki, yaşadığımız dünya əsl əbədi həyat üçün bir müqəddimədir. Dünya həyatı körpənin ana bətnində keçirdiyi həyata bənzəyir. Bu körpə elə bağlı bir mühitdədir ki, xaricdə daha geniş bir dünyanın olduğunu hiss edə bilmir.

Quran insanı öyrədir ki, bir mövzuya diqqətli olmaq üçün ona təkrar-təkrar qayıtmaq lazımdır. Namazda ilahi ayələrin təkrarlanması bu deyilənə bir sübutdur. Uyğun olaraq Quran insana axirət mövzusunu təkrar-təkrar xatırladır. “Ənkəbut” surəsinin 64-cü ayəsində buyurulur:

وَمَا هَذِهِ الْحَيَاةُ الدُّنْيَا إِلَّا لَهْوٌ وَلَعِبٌ وَإِنَّ الدَّارَ الْآخِرَةَ لَهِيَ الْحَيَوَانُ لَوْ كَانُوا يَعْلَمُونَ

Bu dünya həyatı əyləncədən başqa bir şey deyildirAxirət yurdu isə şübhəsiz kiəbədi həyatdır. Kaş biləydilər!”

Başqa bir ayədə buyurulur:

وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ

O gün vay halına (axirətiyalan sayanların.” (“Mursəlat” surəsi, ayə 24.)

HƏQİQİ SƏADƏT  BƏDBƏXTLİK AXİRƏTDƏDİR

“Hud” surəsinin 106-cı ayəsində buyurulur:

فَأَمَّا الَّذِينَ شَقُواْ فَفِي النَّارِ لَهُمْ فِيهَا زَفِيرٌ وَشَهِيقٌ

“Bədbəxt olanlar od içərisində qalacaqlarOnları orada ahfəryad gözləyir.”

108-ci ayədə isə belə deyilir:

وَأَمَّا الَّذِينَ سُعِدُواْ فَفِي الْجَنَّةِ خَالِدِينَ فِيهَا مَا دَامَتِ السَّمَاوَاتُ وَالأَرْضُ إِلاَّ مَا شَاء رَبُّكَ عَطَاء غَيْرَ مَجْذُوذٍ

“Xoşbəxt olanlar isə cənnətdədirlər. Onlar, Rəbbinin dilədiyindəəlavə, tükənməz bir nemət kimi göylər və yer durduqca orada əbədi qalacaqlar.”

İstisnasız olaraq bütün insanlar xoşbəxtlik haqqında düşünür və buna can atır. Bu mövzu filosofların daimi mübahisə predmetidir. Hamı düşünür: dünyada necə xoşbəxt olmaq mümkündür? Amma Qurani-Kərim buyurur ki, əsl xoşbəxtlik behişt, əsl bədbəxtlik isə cəhənnəmdədir.

Din dünya ləzzətlərini inkar etmir, amma xatırladır ki, bu ləzzətlər imtahan üçündür:

وَاعْلَمُواْ أَنَّمَا أَمْوَالُكُمْ وَأَوْلاَدُكُمْ فِتْنَةٌ

Bilin kimaldövlətiniz  övladlarınız sizin üçün ancaq bir imtahandır…” (“Ənfal” surəsi, ayə 28.)

Bəziləri də elə hesab edirlər ki, xoşbəxtlik Allahın sevimlisi olmaqdır və yalnız Allahın qəzəbinə düçar olanlar dünya nemətlərindən məhrum edilir. Quran isə belə buyurur ki, həm dünya xoşbəxtliyi, həm də məhrumiyyət sadəcə bir imtahandır.

İnsan qazanca sevinib, itkidən ötrü məyus olmamalıdır. “Hədid” surəsinin 23-cü ayəsində buyurulur:

لِكَيْلَا تَأْسَوْا عَلَى مَا فَاتَكُمْ وَلَا تَفْرَحُوا بِمَا آتَاكُمْ وَاللَّهُ لَا يُحِبُّ كُلَّ مُخْتَالٍ فَخُورٍ

Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi sevməz!”

Bütün peyğəmbərlər və ilahi kitablar həqiqi həyatın bu dünyada yox, axirətdə olduğunu bildirmişlər. “Əla” surəsinin 14-15-ci ayəsində buyurulur:

قَدْ أَفْلَحَ مَن تَزَكَّى. وَذَكَرَ اسْمَ رَبِّهِ فَصَلَّى. بَلْ تُؤْثِرُونَ الْحَيَاةَ الدُّنْيَا. وَالْآخِرَةُ خَيْرٌ وَأَبْقَى

Günahdan təmizlənən kimsə nicat tapacaqO kimsə kiAllahın adını zikr edibnamaz qılarLakin siz dünya həyatını üstün tutursunuzHansı kiaxirət daha xeyirli əbədidir.”

Sözsüz ki, dünya axirətlə müqayisə edilə bilməz. Yalnız dünyanı ötəri, müvəqqəti qəbul edən insanda düzgün dünya görüşü formalaşa bilər.

Dünyanın bütün xeyir və şərləri nisbidir. “Adiyat” surəsinin 8-ci ayəsində oxuyuruq:

وَإِنَّهُ لِحُبِّ الْخَيْرِ لَشَدِيدٌ

Həqiqətən insan vardövlətə çox hərisdir.”

“Bəqərə” surəsinin 180-cı ayəsində isə belə deyilir:

كُتِبَ عَلَيْكُمْ إِذَا حَضَرَ أَحَدَكُمُ الْمَوْتُ إِن تَرَكَ خَيْرًا الْوَصِيَّةُ لِلْوَالِدَيْنِ وَالأقْرَبِينَ بِالْمَعْرُوفِ حَقًّا عَلَى الْمُتَّقِينَ

“Hər birinizi ölüm haqlayan zaman qoyub gedəcəyiniz maldan valideyinlərinizə yaxınlarınıza verilməsi üçün ədalət üzrə vəsiyyət etməyiniz zəruridir. Müttəqilərə (bu) vacibdir.”

Bəli, dünya malında xeyir də var. Amma bu malın halal olması əsas şərtdir.

Hələ ki, axirəti görməmiş insan müvəqqəti dünyanı da həyat hesab edə bilər. Axirət dünyasını gördükdən sonra isə dünya həyatının həqiqəti hamı üçün aydın olur. Rəvayətlərdə tapşırılır ki, namazda “Əla” surəsini oxuyun. Çünki bu surədə dünya və axirət haqqında aydın biliklər verilmişdir. Bu surəni diqqətlə oxuyan insan ondakı mənaların təsirindən heç vəchlə qəflətdə qala bilməz.

Bir ayədə buyurulur:

وَالْآخِرَةُ خَيْرٌ وَأَبْقَى

Axirət daha yaxşı  daha davamlıdır.” (“Əla” surəsi, ayə 17.)

İnsan bu ayəni təkrar-təkrar zehnindən keçirməli, böyük xeyir əməllər üçün şərait hazırlamalıdır. İmam Sadiq (ə) Abdullah ibn Cündəbə buyurur:

اَلْخَيْرُ كُلُّهُ اَمامَكَ و اِنَّ الشَّرَّ كُلَّهُ اَمامَكَ و لَنْ تَرَى الْخَيْرَ و الشَّرَّ اِلاّ بعد الاخِرَةِ؛

“Bütün yaxşılıqlar qarşıda  bütün pisliklər gələcəkdədirYaxşılıq  pisliyi yalnızaxirətdə görə biləcəksən.

Həzrət (ə) demək istəyir ki, bu dünyadakı yaxşılıqlar və pisliklər nisbidir, əsl xeyir və şər isə axirətə aiddir. Dünyanın istər yaxşılığı, istərsə də pisliyi olduqca zəifdir. İnsan nəyə çatırsa qane olmur. Çünki onun ruhu davamlı nemətlər sorağındadır. Dünya neməti ilə insanı doyurmaq istəyi, südəmər körpəni adi su ilə doyurmaq istəyi kimidir. Əgər insan ruhu davamlı nemətlər sorağındadırsa, onu dünyanın davamsız nemətləri ilə aldatmaq olarmı? Qurani-Kərimdə həzrət Adəm və Həvvanın aldadılması səhnəsini oxuduqda, şeytanın insandakı əbədilik meylindən istifadə etdiyini görürük. “Taha” surəsinin 120-ci ayəsində oxuyuruq:

هَلْ أَدُلُّكَ عَلَى شَجَرَةِ الْخُلْدِ وَمُلْكٍ لَّا يَبْلَى

“Sənə əbədiyyət ağacını və köhnəlib xarab olmayacaq bir mülkü göstərimmi?”

İmam Sadiq (ə) buyurur:

لاَِنَّ اللّهَ جلّ و عزّ جَعَلَ الخيرَ كُلَّهُ فى الْجَنَّةِ و الشَّرَّ كُلَّهُ فى النّارِ لاَِنَّهُمَا الباقيانِ؛

“Həqiqətən, Allah-Taala həqiqi xeyri behiştdə, həqiqi şəri isə cəhənnəmdə qərar verib. Çünki əbədi olanlar onlardır.”

Gəlin dünyanın xeyrindən axirət səadətimiz üçün istifadə edək və təkamülümüzə mane olacaq dünya şərindən uzaq olaq!

Bir cavab yazın