HƏYA İSLAMIN LİBASIDIR

HƏYA İSLAMIN LİBASIDIR

Qurani-Kərimdə həya haqqında bir çox buyuruqlar vardır. Həzrət Musanın (ə) və Şüeybin qızlarının əhvalatlarında «istihya» kəlməsi ilə rastlaşırıq:

فَجاءَتْهُ إِحْداهُما تَمْشِي عَلَى اسْتِحْياء

O iki qadından biri həya edəedə Musanın yanına gəldi” (“Qəsəs” surəsi, ayə 25.)

Xüsusi ilə xanımlar haqqında bu mövzuda rəvayətlər çoxdur. Bəzi rəvayətlərdən belə aydın olur ki, “həya” və “iman” bir-biri üçün zərurətdir. Yəni imanını itirən insan həyasını da itirər. Hətta buyurulur ki, həyasız insan İslam bağını boynundan çıxarar. Belə hədis də var ki:

اذا اراد اللّهُ عزّ و جل هلاكَ عبد نَزَعَ منهُ الحياء

“Allah bir qövmü günahına görə cəzalandırmaq istəsə, o qövmün həyasını əlindənalar. (“Üsuli-kafi”, 2-ci cild, səh.291, hədis 10.)

İmam Sadiq (ə) buyurur:

الاِْسلامُ عُريانٌ فَلِباسُهُ الْحَياءُ و زينَتُهُ الوَقارُ و مُرُوَّتُهُ اَلْعَمَلُ الصّالحُ و عِمادُهُ الْوَرَعُ.

“İslam çılpaqdır; həya onun libası, vüqar zinəti, saleh əməl mərdliyi, təqva isə sütunudr.”

Təəssüf ki, bəziləri həya sözünü xəcalət çəkmək kimi başa düşürlər. Onlar iddia edirlər ki, xəcalət çəkən insan özünə inamı itirir və ictimai fəaliyyətdən geridə qalır. Məhz buna görə də həya etmək lazım deyil! Bu yanlış təsəvvür islami göstərişlərə tam ziddir. Həya böyük bir fəzilətdir və onu utancaqlıqla eyniləşdirmək olmaz.

Psixologiyada həya psixoloji bir durum kimi tanınır. Psixoloji xüsusiyyətlərə isə dəqiq tərif verib, o hissi keçirməmiş insana tanıtdırmaq olmur. Məsələn, heç zaman təəccüblənməmiş insana təəccübün nə olduğunu anlatmaq qeyri-mümkündür. Həya da bu qəbildəndir.

İmam Sadiq (ə) buyurur: “Allahın yalnız insanlar üçün müəyyənləşdirdiyi heyvanların məhrum olduğu xüsusiyyət həyadır.

Həya çox böyük dəyərləri əhatə edir. Adətən, həyadan məhrum insan heç bir əxlaqi dəyər tanımır. Onlar əhdinə əməl etmir, əmanəti sahibinə qaytarmırlar. Yalan danışır, bütün alçaq sifətlərə qucaq açırlar. İnsanı bir çox əxlaq qüsurlarından amanda saxlayan həyadır.

İnsanda həya iki yolla yarana bilər: eyibsiz olmaq istəyi və eyibləri örtmək arzusu.

İnsanın çirkin işindən başqaları xəbər tutur. Yəni gizli eyib aşkarlanır. İnsan xəcalət çəkməyə başlayır və narahat olur. İnsan öz eyibinin açılmasını istəmir və daim bu eyibləri gizlətməyə çalışır. Bu xüsusiyyət insanı heyvandan fərqləndirən əsas xüsusiyyətdir. Quranda oxuyuruq ki, həzrət Adəm və Həvva qadağan olunmuş meyvədən yeyən kimi eyibləri açıldı. Maraqlıdır, eybin açıqlamasının səbəbi yeyilən meyvənin xüsusiyyəti idi, yoxsa bu meyvəni yeyən öz eybindən xəbər tuturdu? Hər halda, bu işdə meyvə təsirli olmuşdur.

Demək, eybini gizli saxlamaq insanın fitri istəyidir. İnsanı belə hallarda narahat edən məhz həya hissidir. Öz eyiblərindən çəkinməyən insan bütün çirkin işlərə gedər. Yalnız eyibsizlik arzusunda olanlar xəcalət çəkirlər.

Bir sözlə, nəfsinə hörmət edən insan hər cür nöqsanlardan qaçmalı və nəfsini pak saxlamalıdır. İnsan kamil olmaq istədiyi üçün xəcalət çəkə bilər. Əgər kamillik, möminlik, insanlıq arzusu yoxdursa, həyadan danışmağa dəyməz.

ƏSL HƏYA

Tutaq ki, adətə görə camaat bir şeyi pis bilir. Əslində isə, bu iş eyib deyil və ona görə xəcalət çəkməməlidir. Məsələn, bir şəxsin gözündə qüsur var və müalicəsi mümkün deyil. Belə bir çatışmazlığa görə xəcalət çəkmək, onu gizlətmək lazım deyil. Çünki bu eybi gizlətməyə çalışan adam bir çox fəzilətlərdən məhrum ola bilər. Ümumiyyətlə, insan ifrat və təfritdən çəkinməlidir. Fiziki qüsuru gizlətmək ifrat hesab olunur və bu işdən çəkinmək lazımdır.

Yaxşı sifətin həm ifrat, həm də təfriti pisdir. Məsələn, cinsi istəyi təmin etmək üçün evlənmək ən düzgün yoldur. Amma həm arvadbazlıq, həm də qadından birdəfəlik imtina pis haldır və günah hesab olunur.

Həyanın da ifratı və təfriti ola bilər. Əgər bir şəxs bədənindəki nöqsana görə həya edib cəmiyyətə çıxmırsa, bu ifratdır və həya hesab olunmur. Belə də ola bilər ki, insan öz çirkin işlərindən çəkinməyib bu halı normal hesab edər. Əgər həya insanın səciyyəvi xüsusiyyətidirsə, onu hansı əsasla tərk etmək olar? Həyasız insanın çirkin işlərdən çəkinmə ehtimalı sıfra bərabərdir. Eybini aradan qaldırmağa gücü çatan insan hökmən bu işə ciddi yanaşmalıdır. Məsələn, cahil, savadsız olmaq eyibdir. Bu eybi aradan qaldırmaq üçün insan elmlə məşğul olmalıdır. Amma bəziləri susmaqla öz savadsızlığını gizlətmək istəyir. Hətta bəzi tələbələr öz hazırsızlığını gizlətmək üçün müəllimə sual verməkdən də çəkinirlər. Hansı ki, belə bir yanaşma insanı uçuruma aparır. Şəri məsələlərdə də guya, həya etdiyi üçün ehtiyacı olan məsələləri soruşub öyrənməyənlər çoxdur. Belə bir utancaqlıq insana çox baha başa gələ bilər.

Demək, xəcalət çəkməkdə ifrat və təfrit pislənilir. Əsl həya insanı günahdan çəkindirən həyadır. Yersiz utancaqlıq və sırtıqlıq isə bəyənilməyən sifətlərdir.

Əsas suallardan biri budur ki, pis nədir və nədən həya etmək lazımdır? Bu suallara İslam dini son dərəcə dəqiqliklə cavab verir. Dinimizdə böyük və kiçik günahlar, əxlaqa zidd bütün çirkin sifətlər ətraflı şəkildə şərh olunmuşdur. İnsan məhz dinin məzəmmət etdiyi işlərə görə xəcalət çəkməlidir. Amma ilk baxışda pis hesab olunan bir işi şəriət bəyənirsə, bu işə görə xəcalət çəkməyə dəyməz. Məsələn hicabsızlıq, qadının açıq-saçıq cəmiyyətə çıxması el arasında adi bir iş olsa da, dində yolverilməzdir. Hətta bir çox müsəlman cəmiyyətlərində qadınlar islami hicaba riayət etməkdən utanırlar. Əslində, bu həya yox, Allahın buyruğundan çıxmaqdır.

Digər bir mühüm nöqtə budur ki, insanın daxilində iki zidd istək mövcuddur. Məsələn, xalqın hörmətini qazanmaq istəyən bir adam İslamın ziddinə hərəkət etməli ola bilər. Bu insan birinci dəfə günah edəndə xəcalət çəkə bilər. Amma bu iş təkrarlandıqca insana elə gəlir ki, bu o qədər də pis iş deyil. Hər gün daxilində gedən mübarizədən qurtulmaq üçün belə insan özü kimi günahkar axtarır ki, heç olmaya ondan xəcalət çəkməsin. Beləcə, cəmiyyətdə günah artmağa başlayır. İslam şərqində hicabı ilk dəfə atanlar xalqın nəzərində ən iffətsiz qadınlar hesab olunurdular. Amma tədricən bu iş cəmiyyətə yayıldı və hicabsızlar yox, hicablılar xəcalət çəkməyə başladı. Belə azğınlar əvvəl hədis, sonra Quranı, daha sonra isə Allahı inkar etməkdən xəcalət duymadılar. “Rum” surəsinin 10-cu ayəsində buyurulur:

ثُمَّ كانَ عاقِبَةَ الَّذِينَ أَساؤُا السُّواى أَنْ كَذَّبُوا بِآياتِ اللّهِ وَ كانُوا بِها يَسْتَهْزِؤُنَ

Sonra da Allahın ayələrini yalan hesab edib masqaraya qoymaqla pislik edənlərinaqibəti daha pis oldu.” (“Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri”, Ayətullah Misbah Yəzdi, 27-ci dərs, səh.245-250.)

Bir cavab yazın