Həzrət Əbülfəzl Abbasın (ə) 250 illik zərihi Al-Kafeel müzeyində sərgi olunur

Həzrət Əbülfəzl Abbasın (ə) mütəhhər hərəminin nəzdindəki Al-Kafeel müzeyi müqəddəs ziyarətgahın irsini yaşatmaq və qorumaq istiqamətindəki planı çərçivəsində Həzrət Əbülfəzl Abbasın (ə) mübarək qəbrinin üzərində qurulan köhnə zərihi bərpa etdirməyi bacarıb.
Köhnə zərihin hissələri muzey işçiləri tərəfindən bərpa edilib, hazırlanıb və xüsusi bir vitrində nümayiş olunaraq, ziyarətə açılıb.
Bu zərih hicri 1182-ci ildə istehsal edilib və misli bərabəri olmayan zərihlərdən biridir. Möhtəşəm incəsənət toxunuşlarına malik zərih Həzrət Əbülfəzl Abbasın (ə) mütəhhər hərəminin bərpa edildiyi mühüm bir tarixi dövrü xarakterizə etdiyi üçün xüsusi bir əhəmiyyətə malikdir.
Müzeyin şöbə müdiri Sadiq Lazım məsələ ilə bağlı bunları deyib: ”Diktatorluq rejiminin 2003-cü ildə çökməsindən etibarən Həzrət Əbülfəzl Abbasın (ə) mütəhhər hərəminin qədim zərihinin hissələrinin yığılması və təmirini reallaşdırmışıq. Bu zərih yüksək səviyyədə bir ustalığa malik olub, texnikanın olmadığı bir dövrdə güclü məhsuldarlığın və qətiyyətin göstəricisidir. Yəni əl istehsalıdır. Bizim laboratoriya şöbəmiz tərəfindən zərihin bəzi hissələrinin bərpa edilməsindən sonra, bu hissələr muzeydə yığılıb, nümayiş etdirilmişdir. Nümayiş etdirilən hissənin Mütəhhər Hərəmin giriş qapısı ilə eyni ölçülərdə olmasını uyğun gördük. Zarihin qurulmasından əvvəl zərihin ölçüləri və digər vitrinlər ilə eyni ölçülərdə xüsusi bir vitrin istehsal olundu”.
Müzeydəki təmir işləri üzrə məsul Əhməd Haşim isə təmir və bərpa işlərində istifadə edilən materiallardan danışıb: “Zirzəmidə müqəddəs zərihdən kub və silindr şəklində hissələr yığdıq. Müqəddəs zərihin həqiqi surətini hazırlamaq üçün bərpa işlərinə başladıq. Müqəddəs zərihin oksidlənmədən qorunması və təbii formasının saxlanması üçün əlavə vəsaitlərdən istifadə etdik”.

Bir cavab yazın