Həzrət Zəhranın (s.ə) 2 mübarizə metodu

Həzrət Zəhranın (s.ə) 2 mübarizə metodu

Həzrət Zəhraya (s.ə) haqsız olaraq xəyanət edildi və onun haqqı əlindən alındı. Fədəki ondan almaqla Xanıma (s.ə) həm siyasi və həm də iqtisadi zərbə vurmaq istəyirdilər.

 

Xanım (s.ə) atasından sonra cəmi üç ya ömür sürdü və bu qısa ömründə çox böyük əziyyət və çətinliklərlə üzləşdi. O, bir möminə xanım kimi öz vəzifəsini yerinə yetirib, haqqını tələb etdi. Bu mübarizəsində iki yoldan istifadə edirdi.

 

1. Fəal mübarizə. Bu mübarizələr aşkar şəkildə etirazlardan, xütbə oxumaqdan, mühakiməyə dəvət etməkdən, narazılığı bəyan etməkdən, məzəmmətdən ibarət idi.

 

Bir gün Xanım (s.ə), onun haqqını qəsb edənə buyurdu: “Əgər sən ölsən, kim sənin mirasını aparacaqdır”. Deyir: “Övladım və ailəm”.

Xanım (s.ə) buyurur: “Bəs sənə nə olub ki, atamın mirasını məndən alırsan? Bu zaman haqqı qəsb edən həmişə dediyi sözləri dedi: Atan qızıl və gümüşü irs qoymamışdır, Xeybər və Fədəkin payından başqa. Ondan eşitmişəm ki, buyurubdur: onları öz həyat dövrümdə istifadə edəcəyəm və o zaman ki, dünyadan gedəcəyəm, müsəlmanların olacaqdır.

Təbii ki, Xanım (s.ə) bu məntiqsiz sözlərlə qane olmadı. (Həvzəh)

 

2. Passiv mübarizəsi. Bu mübarizəsi də müxtəlif cür olurdu. O cümlədən haqqı qəsb edənlərin əmrlərinə etinasızlıq etmək, qəbri və dəfni ilə bağlı vəsiyyətləri, haqqı qəsb edənləri nifrin etməsi, haqqı qəsb edənləri evinə buraxmamaq, onlarla danışmamaq… kimi.

 

Həzrət Zəhra (s.ə) haqqı qəsb edənə buyurur: “Allaha and olsun ki, hər bir namazdan sonra səni nifrin edirəm”. O zaman ki, ölüm yatağında olur, haqqı qəsb edənlərin istiğfarını qəbul etmir. Vəsiyyət edir ki, xüsusilə də o ikisi qəbrinin üstündə namaz qılmasınlar.

 

Vacib deyildir ki, hər bir mübarizədə insan sərtlikdən istifadə etsin. Xanımın mübarizə yolları çox məntiqli və təsirli idi. Qəflətdə olan bir çoxlarını ayılda bilmişdi.

Bir cavab yazın