İmam Əli nin (ə) 4 cür infaqı

İmam Əli nin (ə) 4 cür infaqı

Qurani-Kərim buyurur: “Öz mallarını gecə və gündüz, gizlin və aşkar (şəkildə Allah yolunda) xərcləyənlərin Rəbbi yanında məqamlarına layiq mükafatları vardır. (Axirətdə) onlar üçün nə bir qorxu var və nə də qəmgin olarlar”. (“Bəqərə” 274).

 

Bu ayə İmam Əli (ə) ilə bağlı nazil olan ayələrdəndir. Həzrətin (ə) hər gün dörd dirhəm pulu olardə və onun bir dirhəmini gündüz, bir dirhəmini axşam, bir dirhəmini aşkar və bir dirhəmini də gizli halda infaq edirdi. (Həvzəh)

 

Bu mübarək ayədən belə nəticələr çıxartmaq olar:

 

1. İnfaq və səxavət ruhiyyəsinə malik olmaq – çox mühümdür.

 

2. Allahın bu əmələ görə əcrinin miqdarını təyin etməməsi, bu mükafatın genişliyindən xəbər verir.

 

3. İlahi vədələr insanı yaxşı əməllərə tərəf təşviq edər.

 

4. Əmin-amanlıq və hüzur hissi – infaqın bərəkətlərindəndir.

Bir cavab yazın