İmam Hüseyn (ə) ziyarətgahının günbəzi üzərində matəm bayrağının asılması mərasimi keçiriləcək

İmam Hüseyn (ə) ziyarətgahının günbəzi üzərində matəm bayrağının asılması mərasimi keçiriləcək

Məhərrəm ayının ilk gecəsi cümə axşamı günü (21 sentybarda) İmam Hüseynin (ə) hərəminin günbəzi üzərindəki qırmızı bayrağın matəm bayrağı ilə – qara bayraqla – əvəzləncəək

 

Bunu İmam Hüseyninin (ə) müqəddəs hərəminin katibliyi elan edib. “Müqəddəs Məhərrəmlik ayının ilk gecəsi (21 sentybarda) təntənəli tədbir çərçivəsində və İmam Hüseyn (ə) zəvvarlarının, bir sıra dini, siyasi və elm xadimlərinin iştirakı ilə İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının günbəzi üzərindəki bayrağın Məhərrəmlik ayı münasibətilə matəm əlaməti olaraq qara bayraqla əvəzlənməsi həyata keçiriləcək”.

 

Bu mərasim hər il Kərbəlada böyük izdihamla keçirilir. İraqın daxilindən və digər ölkələrdən minlərlə insan mərasimdə iştirak etmək üçün Kərbəlaya gəlir.

 

İmam Hüseyninin (ə) müqəddəs hərəminin idarəetmə şurasının üzvü Fazil Ovz bildirib ki, bayraq dəyişmə mərasimini zəvvarların rahat izləməsi üçün hərəmin müxtəlif yerlərində, həmçinin Kərbəla əyalətinin müxətlif bölgələrində böyük monitorlar quraşdırılıb.

 

F.Ovz sıxlığın qarşısını almaq məqsədi ilə zəvvarlardan istəyib ki, bayraq dəyişmə mərasimini monitorlar vasitəsilə izləsinlər və hərəmin içərisinə daxil olmağa çalışmasın.

 

Qeyd edək ki, həzrət İmam Hüseyn (ə) günbəzi üzərində daim dalğalanan qırmızı bayraq şəhidlik və intiqam simvolu daşıyır

Bir cavab yazın