İmam Səccadın (ə) qəbirlə bağlı tökdüyü göz yaşları

İmam Səccadın (ə) qəbirlə bağlı tökdüyü göz yaşları

İmam Səccad (ə) qəbirlə bağlı dualar edib, göz yaşı tökmüşdür ki, onun bu münacatları ilə biz də tanış olaq.

İmam (ə) buyurur: “Niyə ağlamayım ki? Ruhumun xaric olmasına görə ağlayıram. Qəbrimin qaranlıq olmasına görə ağlayıram. Qəbrimin dar olmasına görə ağlayıram. Münkərlə Nəkirin suallarına görə ağlayıram.

Ağlayıram o gün üçün ki, qəbrimdən paltarsız, xar və zəlil halda qalxacağam və əməllərimin ağır yükünü belimə alacağam. Bəzən sağ tərəfimə baxıram, bəzən də sol tərəfimə. O halda ki, bütün xəlq olmuşlar mənim işimdən qeyrisi ilə məşğuldurlar”. (Həvzəh)

İmamın (ə) bu sözləri insanı qəbir aləminə diqqət etməyə vadar edir və düşündürür.

Allah bizlərə o ağır günün çətinliklərindən aman versin və qəbrimizi nurani və geniş etsin.

Munkərlə Nəkiri bizə qarşı Bəşir və Mübəşşir qərar versin. Amin!

Bir cavab yazın