İMAM ZAMANIN (Ə.C.) DUASI – VİDEO

İMAM ZAMANIN (Ə.C.) DUASI - VİDEO

اِلهى‏ عَظُمَ الْبَلاءُ، وَبَرِحَ الْخَفآءُ، وَانْكَشَفَ الْغِطآءُ، وَانْقَطَعَ الرَّجآءُ، وَضاقَتِ الْأَرْضُ وَمُنِعَتِ السَّمآءُ، واَنْتَ الْمُسْتَعانُ وَاِلَيْكَ‏ الْمُشْتَكى‏، وَعَلَيْكَ الْمُعَوَّلُ فِى الشِّدَّةِ وَالرَّخآءِ، اَللّهُمَّ صَلِّ عَلى‏ مُحَمَّدٍ وَ الِ مُحَمَّدٍ، اُولِى الْأَمْرِ الَّذينَ فَرَضْتَ عَلَيْنا طاعَتَهُمْ، وَعَرَّفْتَنا بِذلِكَ مَنْزِلَتَهُمْ، فَفَرِّجْ عَنا بِحَقِّهِمْ، فَرَجاً عاجِلاً قَريباً كَلَمْحِ‏ الْبَصَرِ اَوْ هُوَ اَقْرَبُ، يا مُحَمَّدُ يا عَلِىُّ، يا عَلِىُّ يا مُحَمَّدُ، اِكْفِيانى‏ فَاِنَّكُما كافِيانِ، وَانْصُرانى‏ فَاِنَّكُما ناصِرانِ، يا مَوْلانا يا صاحِبَ‏ الزَّمانِ، الْغَوْثَ الْغَوْثَ الْغَوْثَ، اَدْرِكْنى‏ اَدْرِكْنى‏ اَدْرِكْنى‏، السَّاعَةَ السَّاعَةَ السَّاعَةَ، الْعَجَلَ الْعَجَلَ الْعَجَلَ، يا اَرْحَمَ الرَّاحِمينَ، بِحَقِّ مُحَمَّدٍ وَآلِهِ الطَّاهِرينَ.

Bağışlayan və mehriban Allahın adı ilə!

Duanın oxunuşu: İlahi əzuməl bəla, və bərihəl xəfa, vənkəşəfəl ğita, vənqətəər-rəca, və zaqətil ərzu və muniətis-səma, və əntəl mustəanu və iləykəl muştəka, və ələykəl muəvvəlu fi şiddəti vər-rəxa. Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, ulil əmrilləzinə fərəztə ələyna taətəhum və ərrəftəna bi zalikə mənzilətəhum, fə fərric ənna bihəqqihim fərəcən acilən qəriba, kələmhil bəsəri əv huvə əqrəb, ya Muhəmmədu ya Əliyyu ya Əliyyu ya Muhəmməd, ikfiyani fə innəkuma kafiyani, vənsurani fə innəkuma nasirani, ya Məvlana, ya Sahibəz zəman, əl ğəvs, əl ğəvs, əl ğəvs, ədrikni, ədrikni, ədrikni, əs-saəh, əs-saəh, əs-saəh, əl əcəl, əl əcəl, əl əcəl, ya ərhəmər-rahimin, bi həqqi Muhəmmədin və alihit-tahirin.

Duanın tərcüməsi: İlahi, bəla və müsibətlər böyüdü, çarəsizliklər aşkar oldu, işin üstündən pərdə götürüldü, ümidlər üzüldü, yer daraldı və səmanın rəhməti əsirgəndi. Yalnız Sənsən yardımçı və şikayətlər Sənədir. Hər bir çətinlik və asanlıqda yeganə dayaq Sənin lütfündür. İlahi, Mühəmməd və Mühəmmədin Əhli-beytinə – bizə itaəti vacib olan və məqamını bizə tanıtdırdığın əmr sahiblərinə salam yetir. Belə isə, onlara xatir, bizə təcili və yaxın, bir göz qırpımında və ya ondan daha da tez fərəc və genişlik ver! Ey Mühəmməd, ey Əli, ey Əli, ey Mühəmməd! Mənə kifayət edin ki, yalnız Siz mənə kifayət edərsiniz. Mənə kömək edin ki, yalnız Siz mənə kömək edərsiniz. Ey mənim mövlam, ey Sahibəz-Zaman, fəryada yet, fəryada yet, fəryada yet! Dadıma yet, dadıma yet, dadıma yet! Elə bu saat, elə bu saat, elə bu saat, tez, tez, tez, ey mehribanların ən mehribanı, Mühəmməd və onun pak Əhli-beytinə xatir! (“Məfatihul-cinan”, Şeyx Abbas Qummi.)

 

 

Bir cavab yazın