Kərbəlada 5 əsrlik tarixi olan İFTAR ənənəsi -FOTO

Kərbəlada 5 əsrlik tarixi olan İFTAR ənənəsi -FOTO

Kərbəlada qədim adət-ənələrdən biri Həzrət Əbəlfəzl Abbasın (ə) hərəminin seyid xidmətçilərinin Ramazan ayının axşamlarını İmam Hüseyn (ə) və Həzrət Abbas (ə) zəvvarlarına çay paylamasıdır.

imamhusein.com xəbər verir ki, Həzrət Əbəlfəzl Abbasın (ə) hərəminin seyid xidmətçiləri uzun illərdir ki, bu hərəmdə xidmət göstərirlər.

Ramazan ayının gecələrində İmam Hüseyn (ə) zəvvarlarına çay paylamaq ənənəsinin tarixi 5 əsr bundan öncəyə təsadüf edir. Bu ənənəyə görə, hər il Ramazan ayında iftar zamanı seyidlər zəvvarlara çay, şirniyyat və meyvə suyu paylayırlar.

Səddam rejimi dövründə bu ənənə qadağan olsa da, son illərdə Həzrət Abbasın (ə) hərəminin seyidləri yenidən bu ənənəni icra edir və bu işdə Kərbəla şəhərinin əhalisi də onlara könüllü olaraq yardım edir.

 

Bir cavab yazın