Nəcəfdə Ərbəin zəvvarları bu məkanlarda istirahət edə biləcək

Nəcəfdə Ərbəin zəvvarları bu məkanlarda istirahət edə biləcək

Ötən gün Nəcəf şəhərində İmam Əlinin (ə) hərəminin və Nəcəf əyalətinin məsul şəxslərinin iştirakı ilə Ərbəin zəvvarlarını qarşılamaq məqsədilə hazırlıq işlərinə dair iclas keçirilib.

Maide.Az xəbər verir ki, iclasda Ərbəin zəvvarlarının Nəcəf əyalətində qarşılanması və yerləşdirilməsi ilə bağlı 6 yerin ayrılmasına qərar verilib.

Ərbəin ziyarətinə gedən zəvvarlara İmam Əlinin (ə) hərəminin mərkəzi qonaq evində, hərəmin Həzrət Zəhra (s) adına eyvanında, Əl-Hövli yolunda zəvvarların qonaq evində, Nəcəf – Kərbəla yolunda 96-cı sütunun yaxınlığında yerləşən “Ya Hüseyn” qonaq evi, və İmam Əlinin (ə) hərəminin avtomobil dayanacağının yaxınlığında Mərkəzi Aşpazxanada hazırlanacaq yerlər xidmət göstəriləcək.

Zəvvar üçün adı çəkilən yerlərdə həm yemək və həmdə istirahət üçün şərait yaradılacaq.

 

 

Bir cavab yazın