OT YUMŞAQ TORPAQDA BİTDİYİ KİMİ…

OT YUMŞAQ TORPAQDA BİTDİYİ KİMİ...

Bir gün həzrət İsa (ə) həvarilərə dedi: “Mənim sizdən bir xahişim var, əgər onu yerinə yetirəcəyinizə söz verirsinizsə deyim.”

Həvarilər dedilər: “Hər nə əmr etsənsiz, itaət edərik.”

İsa (ə) yerindən qalxıb bir-bir onların ayaqlarını yudu. Həvarilər bu işdən narahat oldular. Lakin İsanın (ə) xahişini qəbul etməyə söz verdikləri üçün təslim oldular. Həzrət İsa (ə) onların hamısının ayağını yuyub qurtardıqdan sonra həvarilər dedilər: “Ey Ruhullah! Biz sənin ayağını yumalıydıq, nəinki, sən bizim ayağımızı yuyasan! Axı sən bizim müəllimimizsən.”

İsa (ə) buyurdu: “Bu işi görməklə sizə xalqa xidmət etməyə layiq olan insanların alimlər olduğunu başa salmaq istədim. Həmçinin ayağınızı yumaqla da təvazökarlıq dərsi verdim. Siz də insanlara xidmət etməkdə təvazökarlıq göstərin və onlarla yaxşı davranın ki, ətrafınızdan dağılmasınlar. Ot bərk qayalıqda deyil, yumuşaq torpaqda bitdiyi kimi, hikmət də təkəbbürlülüklə deyil, təvazökarlıqla əldə edilir. (Təkəbbürlü insanın qəlbində deyil, təvazökar insanın qəlbində yerləşir).”

(“Üsuli-kafi”, 1-ci cild, səh.27.)

Bir cavab yazın