Qəlbi diri saxlamağın yolu

Qəlbi diri saxlamağın yolu

Qəlb həm diri ola bilir, həm də ölü.

 

Əhli-Beytdən (ə) bu haqda buyurulur: Allahım, tövbə ilə qəlbi dirilt!

Bu mənada ki, həyat tövbə ilə, ölüm günahlarla formalaşar.

 

Yəqin ki, siz kiməsə nəsihət vermək istəyəndə, deyirsiniz ki, sənə nəsihət vermək istəmirəm, ancaq filan işin düz deyildir. Çünki bir çoxları nəsihəti düz başa düşmür və onu tənqid kimi qəbul edirlər. Ona görə deyirlər ki, mənə nəsihət vermə.

 

Halbuki, dinimizin nəzərinə görə nəsihət vermək – ən bəyənilən əməllərdəndir. Loğman oğluna buyurur: “Və (yadına sal,) o zamanı ki, Loğman oğluna nəsihət edərkən ona dedi: «Ey mənim əziz oğlum, Allaha şərik qoşma, çünki şirk olduqca böyük bir zülmdür». (Zülmün böyüklüyü məzlumun böyüklüyü ilə ölçülər və bütün nemətlərin əsil sahibi ilə heç bir nemətə malik olmayanı eyni hesab etmək son dərəcə pisdir). (“Loğman” 13).

 

Çünki çox zaman insan nəsihət vasitəsilə həqiqətləri dərk edir:

(İnsanları) Rəbbinin yoluna hikmətli məntiq, qane edən dəlillər və gözəl, oyadıcı və ibrətamiz nəsihətlə dəvət et və onlarla(müxaliflərlə) ən gözəl tərzdə mübahisə et. (Sənin vəzifən budur. Onlara gəldikdə isə) əlbəttə, sənin Rəbbin Özü Onun yolundan azanları daha yaxşı bilir və doğru yolda olanları daha yaxşı tanıyır”. (“Nəhl” 125).

 

İmam Səccad (ə) münacatların birində buyurur: “Allahım! Xatalarım mənə xarlıq llibası geyindirmişdir. Səndən uzaq olmaq əynimə çarəsizlik paltarını geyindirmişdir. Cinayətlər və böyük günahlar qəlbimi öldürmüşdür”. (Tebyan)

 

Qəlbi öldürən başqa amillər barəsində Həzrət Peyğəmbər (s) buyurur: “Alçaq insanlarla yoldaş olmaq qəlbi öldürər və insan bu cür kəslərlə eyni məclisdə iştirak edərək, elə yerlərə süqut edər ki, hamı üçün ibrət mənbəyi olar”.

 

Bəs qəlbi necə dirildək? İmam Həsən Müctəba (ə) bu haqda buyurur: “Qəlbini moizə (eşitməklə) dirilt”.

Bir cavab yazın