ŞƏBAN AYININ SON GÜNLƏRİNİN ORUCUNU ƏLDƏN VERMƏYİN!

ŞƏBAN AYININ SON GÜNLƏRİNİN ORUCUNU ƏLDƏN VERMƏYİN!

Şəban ayının axır günlərini oruc tutaraq Ramazan ayının orucuna qoşulmaq bütün günahların bağışlanmasına səbəb olar:

حَدَّثَنَا عَلِيُّ بْنُ أَحْمَدَ بْنِ عَبْدِ اللَّهِ بْنِ أَحْمَدَ بْنِ أَبِي عَبْدِ اللَّهِ الْبَرْقِيُّ عَنْ أَبِيهِ عَنْ جَدِّهِ عَنِ ابْنِ فَضَّالٍ عَنْ مَرْوَانَ  بْنِ مُسْلِمٍ‏ [سلم‏] عَنِ الصَّادِقِ جَعْفَرِ بْنِ مُحَمَّدٍ عَنْ أَبِيهِ عَنْ آبَائِهِ ع قَالَ قَالَ رَسُولُ اللَّهِ ص‏ شَعْبَانُ شَهْرِي وَ رَمَضَانُ شَهْرُ اللَّهِ فَمَنْ صَامَ مِنْ شَهْرِي يَوْماً وَجَبَتْ لَهُ الْجَنَّةُ وَ مَنْ صَامَ مِنْهُ يَوْمَيْنِ كَانَ مِنْ رُفَقَاءِ النَّبِيِّينَ وَ الصِّدِّيقِينَ‏ يَوْمَ الْقِيَامَةِ وَ مَنْ صَامَ الشَّهْرَ كُلَّهُ وَ وَصَلَهُ بِشَهْرِ رَمَضَانَ كَانَ ذَلِكَ تَوْبَةً لَهُ مِنْ كُلِّ ذَنْبٍ صَغِيرٍ أَوْ كَبِيرٍ وَ لَوْ مِنْ دَمٍ حَرَامٍ.

“Şəban mənim ayımdır və Ramazan Allahın ayıdır. Hər kim mənim ayımdan (Şəban) bir gün oruc tutarsa, cənnət ona vacib olar. Hər kim mənim ayımda iki gün oruc tutarsa, qiyamət günü peyğəmbərlər və siddiqlərlə dost və yoldaş olar. Hər kim bütün Şəban ayını oruc tutarsa və bu ayın orucunu Ramazan ayının orucuna birləşdirərsə, bu oruc onun bütün kiçik və böyük günahlarının, hətta haramla tökdüyü qanın bağışlanmasına səbəb olar.”

P.S: Hədisin sonundakı “haramla töküdüyü qanın” ifadəsi bəzilərinə qəribə səsləndiyindən, iki nöqtəni diqqətinizə çatdırmaq məqsədəuyğun görürəm. Biri budur ki, bəzən hədislərdə bir məsələnin əhəmiyyətini bəyan etmək istədikdə, insanı heyrətləndirən ifadələrdən istifadə edilməsi təbiidir. Biz də gündəlik danışığımızda bir çox hallarda bu kimi ifadələrdən istifadə edirik. İkinci nöqtə budur ki, söhbət Allahın bağışlamasından gedirsə, burada cinayətkarın Allahın əmri ilə bağlı günahı və Ona üsyan etməsi nəzərdə tutulub. Təbiidir ki, “qan” məsələsində bağışlanmaq üçün “qan sahibi”nin razılığı şərtdir. Yəni qan tökən insan (qəsdən, ya səhvən) əvvəlcə bu dünyada öldürülən insanın varislərindən bağışlanmaq üçün razılıq almalıdır. Çünki bir ailəni başsız qoyub, və ya hansısa valideyni övladsız və s… Əgər qan sahibləri bağışlasalar, şəirət məhkəməsi də həmin qatilin bu dünyadakı günahından keçir. Belə ki, həmin insan qisas edilmir, öldürülmür, amma ictimai asayişi pozduğu üçün, habelə, digərləri həmin ciyanəti yüngül sayıb təkrarlamasınlar deyə, bu maddə ilə, yəni ictimai asayiş və təhlükəsizliyin pozulması, eləcə də, şəriət hökmünə qarşı çıxdığı üçün həbs edilir… Bunlar dünya cəzalarına aiddir. İndi isə sual budur ki, qan sahibləri tərəfindən bağışlanmış qatilin axirət cəzası da vardırmı? Təbii ki, dünyada çəkdiyi cəzalar həmin qatilin düyadakı əməlinin, insanlarla ictimai əlaqədə kobud rəftarının və onların haqlarını tapdalamasının dünyəvi nəticəsi idi. Amma həmin qatil insanlardan əlavə, Allahın da haqqını tapdalımışdır. Çünki Allahın əmrinə qarşı itaətsizlik göstərib və bir insanı Allahın icazəsi və heç bir məntiqi dəlil olmadan öldürüb. Buan görə də, Allah qarşısında da cavab verməlidir.

Bu hədisin sonu da həmin məsələyə işarədir. Əgər həmin insan dünyada hesabını veribsə, yəni ya qisas edilib, ya bağışlanıbsa və bundan sonra öz əməlindən həqiqətən peşman olaraq tövbə edibsə, üstəlik, Şəban ayının bütün günlərini oruc tutaraq Ramazan ayına giribsə, belə olan halda, bağışlanmağa ümid vardır (mütərcimdən).

Mənbə: “Fəzailu əşhuris-səlasə”, Şeyx Səduq – Əbu Cəfər Məhəmməd ibn Babəvəyh Qummi (306-381 h.q), “Fəzailu şəhri-Şəban” bölümü, hədis 32.

Bir cavab yazın