Yaxşılığa əmr və pisliyə qadağa

Yaxşılığa əmr və pisliyə qadağa

ف كُنْتُمْ خَيْرَ أُمَّةٍ أُخْرِجَتْ لِلنَّاسِ تَأْمُرُونَ بِالْمَعْرُوفِ وَتَنْهَوْنَ عَنِ الْمُنْكَرِ وَتُؤْمِنُونَ بِاللَّهِ وَلَوْ آمَنَ أَهْلُ الْكِتَابِ لَكَانَ خَيْرًا لَهُمْ مِنْهُمُ الْمُؤْمِنُونَ وَأَكْثَرُهُمُ الْفَاسِقُونَ
“Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz. Kitab əhli də iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların arasında iman gətirənlər də vardır. Əksəriyyəti isə (haqq yolunu) azmış fasiqlərdir.” (Ali-İmran, 110).

İzah: Yaxşılığa əmr və pisliyə qadağa Quran və rəvayətlərdə çox önəmli yer tutmuşdur. Bu iki fərzi həyata keçirmək cəmiyyətin islah olunmasına, inancların və dini nişanələrin güclənməsinə səbəb olur. Sözügedən ayədə Allah müsəlmanların bu iki mühüm dini fərzə önəm verməkdə digər dinlərin ardıcıllarından daha üstün olduqlarını bildirir.

Hədis: İmam Əli (ə): “Şəriətin möhkəmliyi yaxşılığa əmr, pisliyə qadağa və (ilahi) hüdudları bərpa etməkdədir.”(Qürərul-hikəm, c. 4, səh. 518, hədis: 6817).

Bir cavab yazın